Çiçəyin müğənni anası - video

Çiçəyin müğənni anası -  video
12676 dəfə oxunub
  • A-
  • A
  • A+
Çiçək ləqəbi ilə tanınan aparıcı Şəhla Vakkasın anası Sevda Vəliyevanın bir vaxtlar müğənni olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, S.Vəliyeva bu haqda “5/5” verilişində deyib. 

O, 20 ildən sonra Zaur Kamalın qonağı olub. S.Vəliyeva həyəcanlı olduğunu bildirib:

“15 yaşım var idi, Bakı kəndlərində mahnı oxuyurdum. Türk mahnıları ifa etməyə başladım, ondan sonra adım “Turetski Sevda” qaldı. Sonra ailə həyatı qurdum, sənətdən uzaqlaşdım”.

S.Vəliyeva Zaur Kamalın onun sözü ilə işə götürüldüyünü söyləyib:

“Qızım radioda işləyəndə ona həmişə yol göstərir, məsləhətlər verirdim. Bir gün prodüser Çinar bəy zəng etdi ki, səs var qulaq asın. Zaur Kamalın səsi idi.  Çinar bəy soruşdu ki, “Məsləhət bilirsinizsə, bu uşağı işə götürək”. Dedim, götürün, canavar kimi uşaqdır. Sən məni utandırmadın”.