“Mahmud və Məryəm” filmi sabahdan başlayır

“Mahmud və Məryəm” filmi sabahdan başlayır
1721 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə layihəsi olan “Mahmud və Məryəm” sabah nümayiş olunacaq.

Axşam.az-ın  məlumatına görə, xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında çəkilmiş ekran işi ilk dəfə Türkiyədə, daha sonra isə Berlin və bir çox Avropa ölkəsində göstərilib.
 
İki gəncin sevgisindən bəhs edən film böyük maraqla qarşılanıb.

Baş rollarını xalq artisti Fəxrəddin Manafov, türkiyəli aktyor Aras Bulut İynemli və Eva Dedovanın paylaşdığı filmin rejissoru Mehmet Ada Öztekindir.

“Mahmud və Məryəm” Nizami kinoteatrında göstəriləcək.