Miranda Kerrin evində cinayət - bıçaq və silah işə düşdü

Miranda Kerrin evində cinayət - bıçaq və silah işə düşdü
6833 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış avstraliyalı model Miranda Kerrin Malibudakı evinə hücum olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə vaxtı 33 yaşlı model və oğlu Flinn Kristofer Blum evdə olmayıb.

Bıçaqlı şəxs villaya daxil olmaq istəyib. Həmin şəxs ona mane olmaq istəyən mühafizəçinin gözünə bıçaqla vurub. Mühafizəçi sayıqlığını itirməyib və naməlum şəxsə 4 dəfə güllə atıb. Güllələrdən biri cinayətkarın başına dəyib.

Hər iki şəxs eyni xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M.Kerr həmin evi 2014-cü ildə almışdı. 2013-cü ildə Orlando Blumdan boşanan model, “Snapchat”ın qurucusu Evan Şpigellə evlənməyə hazırlaşır.