Ana olduqdan sonra ideal bədəndə qalmağın sirrini açdı - fotolar

Ana olduqdan sonra ideal bədəndə qalmağın sirrini açdı - fotolar
3523 dəfə oxunub
  • A-
  • A
  • A+

İsrailli iş adamı ilə ailə quran model Bar Rafaeli 10 həftə əvvəl ana olmuşdu.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyor Leonardo DiKaprionun keçmiş sevgilisi İnstaqramda paylaşdığı yeni fotoları ilə heyran edib.

31 yaşlı Bar ana olduqdan sonra ideal bədən formasını qaytarıb və bunun izahını da verib:

"Ancaq sağlam qidalar qəbul etdim. Həftədə 4-5 dəfə tam idmanla məşğul oluram. Pilates edirəm, qaçıram və aerobatik hərəkətlər edirəm. Hazırda özümdən çox razıyam, hətta əvvəlkindən də daha yaxşıyam".