"Ərlərindən, namusdan, əxlaqdan danışırlar" - Səidədən həmkarlarına

"Ərlərindən, namusdan, əxlaqdan danışırlar" -  Səidədən həmkarlarına
3891 dəfə oxunub
  • A-
  • A
  • A+
“Dövrümüzün bəzi insanları elə pis murdarlaşıblar ki, hər kəs öz keçmişini unudub. Yekə-yekə danışır, özlərini elə aparırlar elə bil bunları tanıyan yoxdur. Kiməsə rişxənd etmək istəsəm belə, birinci addımda özümü görməyi bacaran bir insanam".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Səidə Sultan deyib. İfaçı şou-biznes nümayəndələrini tənqid edib:
 
"Kim yanımda yekəbaşlıq edib, özünü göstərmək istəsə, onu da yerində otuzdurmağı bacaranam. Hər kəs birinci növbədə özünü tanımalıdır. Mənim işim şou-biznesdir. Bu gün bu aləmin bəzi nümayəndələri elə böyük danışırlar ki: sənətdən, oxumaqdan, əxlaqdan, tərbiyədən, ailədən, ərindən, ərsizliyindən namusundan... Görəsən, fikirləşmirlər ki, axı məni tanıyan var. İstəyirlər ki, çıxıb yadına salasan. Çoxları da efirə çıxıb özlərini elə göstərirlər ki, bunlardan yoxdur. Ayılın da, bəsdirin artistlik etdiniz. Hamı-hamını çox gözəl tanıyır. Kim hansı məzhəbə qulluq edir və edib. Kiməsə dil uzadanda birinci öz ayıbınızı görməyə çalışın”.

Qeyd edək ki, müğənni Elnarə Xəlilova "5/5" verilişində S.Sultana oxumağı onun öyrətdiyini deyib.