5 qəpiyə “iPhone 7” - maraqlı şərt

5 qəpiyə “iPhone 7” - maraqlı şərt
4822 dəfə oxunub
  • A-
  • A
  • A+

Ukraynada yerləşən bir mağaza maraqlı bir yeniliyə imza atıb.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, şirkət Ukraynada bu yaxınlarda rəsmi satışa çıxarılacaq “iPhone 7” üçün yeni kompaniyaya start verib.

Kompaniyanın devizi də çox maraqlıdır: “1 qrivnaya iPhone 7 sahibi olmaq istəyirsən?”

1 qvina Azərbaycan valyutası ilə təxminən 5 qəpikdir.

Şərtə görə, adını “Sim”, soyadını da “Phone” olaraq dəyişən və bu dəyişikliyi təsdiq edən rəsmi sənədləri olan şəxslər iştirak edə biləcəklər. Bu şərtə əməl edən ilk 5 şəxsin “iPhone 7 ilə mükafatlandırılacağı açıqlanıb.

Qeyd edək ki, Ukrayna qanunlarına görə 16 yaşını tamamlayanlar ad və soyadlarını dəyişmə haqqına sahibdirlər. Ad və soyadı dəyişmək üçün isə sizə ortalama 120 qrivna (təqribən 7 manat) pul və 3-6 ay gözləmək lazımdır.