"Fəxrəddinə aşiq deyildim, amma o..." - "Təhminə"

"Fəxrəddinə aşiq deyildim, amma o..." -  "Təhminə"
7732 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Meral Konrat "Təhminə" filmi ilə bağlı açıqlama verib.

Axşam.az-ın məlumatına görə, aktrisa ARB TV-nin "Türk şou-maqazin" verilişinə bildirib ki, xalq artisti Fəxrəddin Manafov ekran işində əslində "Spartak" obrazını oynamalı imiş:

"Zauru isə rus bir aktyor oynayacaqdı. Filmi yarısına qədər çəkmişdik. Oturub çəkilişlərə baxdıq, Rasim bəy bəyənmədi. Dedi ki, bunu bəyənmirəm, ataq zibilliyə. Səbəbini soruşanda isə, kişi aktyorun mənim səviyyəmdə olmadığını bildirdi. Ağlında başqa birisinin olduğunu və yenidən onunla çəkəcəyimizi söylədi. Həmin rus aktyor çox məsuliyyətsiz idi. Birlikdə bir səhnə çəkirdik, mənim qabağımda təlxəklik edirdi. Daha sonra Fəxrəddinlə oynamağa başladıq. Fəxrəddin o rus aktyordan daha istedadlı və məsuliyyətli idi. Mən çox xoşbəxt oldum".

M.Konrat F.Manafovla sevgi yaşadığı iddialarına da aydınlıq gətirib:

"Biz onunla çox yaxşı dost olduq. Hətta, Fəxrəddin İstanbula gələndə gəzdik, söhbət etdik. Belə bir şey olsa, gizlətmərəm. Mən onu dost kimi görürəm. Ona aşiq deyildim, amma Fəxrəddinin mənə aşiq olub-olmadığını bilmirəm".