“Oğluma sənətçi qızı almaram” - Nadir

“Oğluma sənətçi qızı almaram” -  Nadir
1546 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə oğlu Loğmanı evləndirmək istəyir.

Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda “Evdəkilərə salam” verilişində deyib. O bildirib ki, hələ oğluna layiq qız tapa bilmir.

N.Qafarzadə “Bəlkə sənət dostlarınızdan birinin qızını alıb, qohum olasan” sualına etiraz edib:

“Yox, sənətçi övladı almaram. Sənət adamının qızını istəmirəm. Bu mənim şəxsi fikrimdir. Bəzi söz-söhbətlər var ki, ailə içində qalmalıdır. Gərək bir-birinizə o qədər bağlanasınız ki, söz aranızdan çıxmasın".

Qeyd edək ki, aparıcılığını Aytəkin Mərdanovanın etdiyi "Evdəkilərə salam" verilişi həftənin bazar günü "Xəzər" telekanalında yayımlanır.