"Üzüyümü satıb körpəmə süd aldım" - aktrisadan gözlənilməz etiraflar

"Üzüyümü satıb körpəmə süd aldım" - aktrisadan gözlənilməz etiraflar
4334 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni və aktrisa Yeşim Salkım "Renkli Sayfalar" proqramında həyatındakı çətinliklərdən danışıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, evlilikləri, boşanmaları, müflis olması və hər yerdə qara siyahıya salındığı vaxtları yada salıb. Y.Salkımın dediklərindən ən maraqlıları təqdim edirik:

"Əlimdəki üzüyü satıb uşağıma süd almışam"

"Şahzadə Çarlzın toy yeməyinə qatılmış adamam, var-dövlət də görmüşəm, kasıblıq da... O qədər doymuşam ki..."

"İki ildir tək yatıram... Evliliklərimizi istədiyim üçün bitirdim. Bütün qır-qızılımı evdə qoyub çıxdım. Hər yerdə mənə qadağa qoyuldu"

"Sonra özümün olan qızıllarım oğurlandı, oğru tapılmadı. Dua edirəm ki, o insan ölmədən öncə, onun adını bilim. Bəzi adamlardan şübhələnirəm, amma kiminsə haqqına girərəm deyə, ad çəkmirəm".

"Bir qadının ən böyük düşməni qadındır. Mənim haqqımda yazırdılar ki, "Bu qara-qura qadında kişilər nə görüblər".

"Peşmanam, gəncliyimdə ər dalıyca qaçmışam. O qədər səhv etmişəm ki"

"Bir boyunbağım vardı, puluyla villa almaq olardı. Ondan imtina elədim. Ərimin xəyanətini sübut elədim, hər şeyi qoyub çıxıb getdim. Adam mənə "gedirsən, qızılları da apar" deyəsi deyildi"

"48 kiloqram olmuşdum... Siqaret çəkir, anti-depresantlar atırdım"

"26 illik səhnə həyatımda heç vaxt evli bir adamla bir yerdə olmadım, heç kimin ailəsini dağıtmadım".