"Bu şəhərdə" film çəkəcək

"Bu şəhərdə" film çəkəcək
788 dəfə oxunub
  • A-
  • A
  • A+
“Bu şəhərdə” komandası film çəkəcək.

Axşam.az-ın məlumatına görə, bu haqda ssenarist Müşviq Abbasov “Nəsib olsa” verilişində deyib.
O, çəkilişlərin yayda başlayacağını bildirib:

“Çoxdandır belə planımız var. Amma vaxtımız olmur. Noyabrda Bakıda konsert verib, dekabrda Naxçıvanda çıxış edəcəyik. Daha sonra mart konsertinə hazırlıq başlayacaq. Ssenarimiz neçə ildir hazırdır. Nəhayət, bu yay onu reallaşdırmağı düşünürük. Bizim çörəyimiz güldürməkdən çıxır. Elə yeni filmimiz də komediya janrında olacaq”.

Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorları əməkdar artistlər Coşqun Rəhimov və Rafael İsgəndərovdur.