Sabaha olan hava proqnozu açıqlandı

Sabaha olan hava proqnozu açıqlandı
1846 dəfə oxunub
  • A-
  • A
  • A+
Bakıda və Abşeron yarımadasında sabah bəzi yerlərdə çiskinli yağış yağacağı, gündüz fasilə olacağı gözlənilir.

Axşam.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 22-də yarımadada və paytaxtda mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 11-14 dərəcə isti, Bakıda gecə 9-11, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-11, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.