"O obraza görə ailəm dağıldı, ərə gedə bilmədim"

"O obraza görə ailəm dağıldı, ərə gedə bilmədim"
3005 dəfə oxunub
  • A-
  • A
  • A+

"Sex and The City" ("Böyük şəhərdə seks") filminin aktrisası Kim Kattrall maraqlı etiraflar edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, filmdə canlandırdığı seks həvəskarı Samanta Cons obrazının onun həyatını məhv etdiyini deyib:

"Bu rola görə ailəm dağıldı. Çünki evdə ola bilmirdim. Çəkilişlərdəydim. Ərim çox kədərli, tənha və əsəbi idi".

69 yaşlı əri Mark Levinsonla 1998-2004-cü illərdə ailəli qalan aktrisanın hazırda 60 yaşı var. O, canlandırdığı obrazın tam əksi biri olduğunu, ancaq kişilərin onu "Samanta" kimi gördüyünü söyləyib. Buna görə də ailə qura bilməyən Kim nə olur olsun, həmin obrazı çox sevdiyini vurğulayıb.