Sevda iki ildə 2 dəfə ərə gedibmiş - fotolar

Sevda iki ildə 2 dəfə ərə gedibmiş -  fotolar
16096 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Sanəliyevanın son günlər məclislərdə həyat yoldaşı kimi təqdim etdiyi şəxsin 2014-cü ildə toyu olan bəylə fərqli adamlar olması diqqət çəkib və sosial şəbəkədə müzakirələrə səbəb olub.

Axşam.az-ın məlumatına görə, sənətçi toyu olan şəxsin polis işçisi olduğunu demişdi. O, hətta həyat yoldaşının ailəsinin onu qəbul etmədiyini etiraf etmişdi.

Son günlər isə Sevda bütün dəvətlərə Cəmil adlı şəxslə gedir və onu əri kimi təqdim edir.

S.Sanəliyeva aile.lent.az-a müsahibəsində ilk həyat yoldaşından ayrıldığını və ikinci dəfə ərə getdiyini təsdiqləyib:

“Ailə məsələm bir az qarışıq oldu. Bəli, bu, mənim ikinci ailəmdir. Birinci ailəm uğursuz oldu, heç iki ay çəkmədi. Düzgün verilməmiş uğursuz qərar idi. Sonra ikinci ailəmi qurdum. Həyat yoldaşımdan olsa toy etmək istəyirdi, mən razılaşmadım. Gözəl ailə, xoşbəxtlik, mehribanlıq varsa, toy çox da vacib deyil. İkinci dəfə ailə qurmağımı gizlətmirdim, amma bu barədə danışmırdım. İlk evliliyimdə qərar verməkdə tələsmişdim. Buna görə də çox peşmanam. Ondan övlad dünyaya gətirməmişəm. Övladlarımın ikisinin də atası indiki həyat yoldaşımdır”.

Qeyd edək ki, S.Sanəliyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutmuşdu. Elə həmin ilin sentyabrında sənətçi 3 aylıq hamilə olduğunu açıqlamışdı. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə bu ilin avqustunda doğulub.

İlk həyat yoldaşı



İndiki həyat yoldaşı