“YARAT”da yeni layihə

“YARAT”da yeni layihə
321 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 28-i “YARAT” Müasir İncəsənət Mərkəzində “Ürəyinə sal” adlı elektron musiqi layihəsinin açılışı olacaq.

Axşam.az xəbər verir ki, “Albina & İslam” eksperimental duetinin təqdim olunacağı konsertin missiyası müasir elektron işləmələr vasitəsilə Azərbaycanın məşhur mahnılarının populyarlığını qaytarmaq, tanış melodiyaları yeni aranjemanlarda nümayiş etdirməkdir.

Layihə çərçivəsində gənc musiqiçilərin qarşılarına qoyduğu başlıca məqsəd, XX və XXI əsrlərin kəsişməsində yerləşən Azərbaycan musiqi irsini yenidən canlandırmaqdır.

Konsert proqramına hər kəs qatıla bilər.