Əməkdar rəssam vəfat etdi

Əməkdar rəssam vəfat etdi
3339 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanın ilk kukla rəssamı, əməkdar rəssamı Solmaz Musayeva 89 yaşında vəfat edib.

Axşam.az milli.az-a istinadən xəbər verir ki, Musayeva Solmaz Qurban qızı 1928-ci il aprel ayının 10-da tanınmış ziyalı, yazıçı Qurban Musayevin (xalq yazıçısı Qılman İlkinin böyük qardaşı) ailəsində dünyaya göz açıb.

1947-52-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində təhsil alıb. 1987-ci ildən etibarən fərdi yaradıcılıqla məşğul olan S.Musayevanın yaratdığı 4000-dən artıq etnoqrafik suvenir kuklalar (Azərbaycanın müxtəlif bölgələrinə aid geyimlərdə) muzeylərdə, Azərbaycanda və xarici ölkələrdə şəxsi kolleksiyalarda
saxlanılır.

2007-ci ildə Azərbaycan Respublikasının əməkdar rəssamı fəxri adına layiq görülüb.

Mərhum sabah Mərdəkan qəbristanlığında vəsiyyətinə əsasən atası Qurban Musayevin yanında dəfn ediləcək.