“Pana Film”dən Necati Şaşmazın ifadə verməsi ilə bağlı açıqlama

“Pana Film”dən Necati Şaşmazın ifadə verməsi ilə bağlı açıqlama
6618 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, 15 iyul hərbi çevrilişə cəhd gecəsindən əvvəl həmin gecədən bəhs edən “Kurtlar Vadisi Darbe” adını qeydiyyatdan keçirmək üçün müraciət edən “Pana Film” haqda araşdırma davam edir.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İstanbul Terrorla Mübarizə İdarəsi araşdırma aparır və bu gün aktyor Necati Şaşmaz ifadə vermək üçün Ədliyyə Nazirliyinə çağırılıb.

Bu hadisə mətbuatda “Pana Film” nümayəndələrinin şübhəli qismində ifadə verdikləri kimi dəyərləndirilib.

Lakin, şirkətdən bunun həqiqəti əks etdirmədiyi bildirilib:

“Prokurorluq məsələ ilə bağlı bizim şirkətin rəsmilərindən məlumat alıb. Şübhəli qismində ifadələri alınmayıb. Bunun əksi olaraq yazılan məlumatlar məqsədli və pis niyyətlidir”.