Sibel Candan "O səs Türkiyə" etirafı

Sibel Candan "O səs Türkiyə" etirafı
4308 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu mövsümdən "O səs Türkiyə" yarışmasının münsiflər heyətinə qatılan Sibel Can çəkilişlərdə həyatının ən ləzzətli və rəngli günlərini yaşadığını bildirib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənni Acun İlicalıdan gələn təklifi övladlarının təkidi ilə qəbul etdiyini açıqlayıb:

"Ortada ailə kimi bir heyətin işi var. Gökhan, Hakan, Murad, Hadisə və Acunun ürəkləri çpx gözəldir. Məni tez-tez güldürürlər".

S.Can kiçik oğlu Emirin Hadisənin fanatı olduğunu vurğulayıb.