"Klon"un "Hade"sinin əri və uşaqları - fotolar

"Klon"un "Hade"sinin əri və uşaqları - fotolar
23328 dəfə oxunub
  • A-
  • A
  • A+
"Klon" teleserialı ilə dünya şöhrəti qazanan braziliyalı aktrisa Covanni Antonelli ölkəsində hələ də ən məşhur simalardan sayılır.

Axşam.az-ın məlumatına görə, sosial şəbəkələrdə də aktiv olan 40 yaşlı ulduz müxtəlif markaların fotosessiyalarından və açılışlarından olan görüntüləri sevənləri ilə paylaşır.

"Klon"da "Hade" obrazını canlandıran Antonelli serialdakı tərəf müqabili, "Lukas" rolunun aktyoru Murilio Benisio lə 2001-2007-ci illərdə evli olub. Onların bir oğlu dünyaya gəlib.
 
Aktrisa daha sonra Leonardo Noqueria ilə ailə qurub. Hazırda evli olan cütlüyün əkiz qızları var.

Antonelli tez-tez uşaqları və əri ilə ictimaiyyət arasında görünür.