“Yeni il nağılı” tamaşası təqdim olunacaq

“Yeni il nağılı” tamaşası təqdim olunacaq
499 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabrın 28-də Heydər Əliyev Sarayında Yeni il bayramı münasibətilə uşaqlar üçün “Yeni il nağılı” tamaşası təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, nağıl-tamaşada həmçinin, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcək.

Saat 13:00 və 16:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.