Bred Pit və Ancelina Colidən daha bir qərar

Bred Pit və Ancelina Colidən daha bir qərar
2581 dəfə oxunub
  • A-
  • A
  • A+

Boşanma ərəfəsində olan Ancelina Coli və Bred Pit Fransada olan ümumi evlərini və üzüm bağlarını satışa çıxarıblar.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktyora yaxın mənbələr bildirir ki, ərazi və mülk artıq rəsmən satışdadır.

Coli və Pitin həmin üzüm bağlarından istehsal olunan və üzərlərində adları olan çaxırları isə artıq görünüşünü dəyişəcək. Yeni sahibkar çaxırı "Brangelina"nın adıyla əlaqələndirmək istəsə, cütlükdən xüsusi icazə almalı olacaq.

Qeyd edək ki, Hollivudun ulduz ikilisinin boşanma xəbəri keçən ildən yayılsa da, hər dəfə təkzib edilmişdi. Keçən ay isə onların rəsmən boşanma üçün müraciət etdikləri üzə çıxıb.