Türkan Şorayın keçmiş ərindən qızına təbrik - fotolar

Türkan Şorayın keçmiş ərindən qızına təbrik - fotolar
3240 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Türkan Şorayın Cihan Ünal ilə evliliyindən olan qızı Yağmurun 32 yaşı tamam olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Yağmur doğum gününü dostları ilə bir partidə qeyd edib. Gecənin sonunda açıqlama verən Y.Ünal "Prodüserliyini etdiyim serial yaxında ekranlarda olacaq, onun həyəcanını yaşayıram" deyib.

Cihan Ünal da qızını İnstaqramdan təbrik edərək "Səni çox sevirəm, canım qızım" yazıb və qızının uşaqlıq fotosunu paylaşıb.

Qeyd edək ki, T.Şoray cəmi bir dəfə rəsmi nikahda olub. Onun C.Ünalla evliliyi cəmi 4 il (1983-1987) davam edib. Aktrisa "Qalatasaray"ın keçmiş prezidenti Rüçhan Adlı ilə isə 20 il il sevgili olmuşdur. (1962-1982). Lakin Rüçhanın həyat yoldaşından boşana bilməməsi onların evliliyinin qarşısını kəsib. 1995-ci ildə R.Adlı xəstəxanaya aparıldıqdan sonra Türkan ölümünə qədər onun yanından ayrılmır.