İlqar Mikayıloğlunun verilişi artıq axşam olmayacaq

İlqar Mikayıloğlunun verilişi artıq axşam olmayacaq
1997 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı İlqar Mikayıloğlunun “Xeyrə qarşı” verilişinin vaxtı dəyişib.

Axşam.az-ın məlumatına görə, ötən mövsüm axşam saatlarında ATV-də efirə gedən proqram bu dəfə səhər saat 10:00-da yayımlanacaq.

“Deyirlər axşamın xeyrindənsə, səhərin də xeyri yaxşıdır. Elə səhərlər də xeyrə açılsın” deyə, İ.Mikayıloğlu bildirib.

Proqram bundan sonra hər həftənin şənbə günü saat 10:00-da efirə gedəcək.

Qeyd edək ki, "Xeyrə qarşı" ötən mövsüm həftə içi beş gün axşam saatlarında yayımlanırdı.