"Zövq savaşı" başlayır

"Zövq savaşı" başlayır
2184 dəfə oxunub
  • A-
  • A
  • A+
"Lider" telekanalında "Zövq savaşı" adlı yeni veriliş tamaşaçıların ixtiyarına veriləcək.

Axşam.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, "Azerbaijan Fashion Week"in ideya müəllifliyi və "Lider TV"nin ərsəyə gətirdiyi layihə yüksək dəb sevərlərin marağına səbəb olacaq.

Realiti-şou dünya və yerli moda aləminin ən son yenilikləri, həmçinin müasir dizayn dünyasının kreativ düşüncə tərzini özündə birləşdirir. Şouda müasir və yenilikçi dizaynerlər bir-biri ilə yarışacaqlar. Hər həftə onlara ünvanlanan tapşırıqları yerinə yetirən dizaynerlər, həftəsonu münsiflər heyətinin rəyi ilə qiymətləndiriləcək.

Münsiflər heyətinin tərkibində Dövlət Rəssamlıq Akademiyasının geyim dizaynı kafedrasının müdiri, dossent Nazim Yunusov, "Nargis" jurnalının məsul redaktoru Leyla Sultanzadə, "Venera" model agentliyinin rəhbəri Syama Həsənova yer alıb. 

"Zövq savaşı" layihəsi hər şənbə günü saat 22:00 da yayımlanacaq.