"Avropa və Rusiyada baş örtüsü dəbə çevrilir"

"Avropa və Rusiyada baş örtüsü dəbə çevrilir"
2901 dəfə oxunub
  • A-
  • A
  • A+

Moda dünyasında son zamanlar baş örtüsü və hicab geyim modelləri yayılmağa başlayıb.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, "Dolce&Gabbana" da belə modellərdən istifadə etməyə başlayıb.

Rus modelyer Aleksandra Vasilyeva modanın gələcəyinin İslam mədəniyyəti ilə bağlı olacağını deyib:

"Müsəlmanların modaya olan marağı getdikcə artır. Getdikcə baş örtüsünə olan maraq artacaq. Məsələn, Rusiyada da müsəlman tərzinə uyğun çoxlu modelyerlər var. Bu, nə kədərli, nə də sevincli hadisədir. Baş örtüsünün məşhurluğu modaya görə deyil, dinə görədir. Rus qadınlarında belə bir meylin olması da normaldır, çünki rus ortodoksluğu və islamda qadın geyimində oxşarlıq var. Artıq Rusiyada və Avropada baş örtüsü getdikcə dəb olur".