Kartoflu küftə, Yoqurtlu keks - "Günün menyusu"

Kartoflu küftə, Yoqurtlu keks -  "Günün menyusu"
3458 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az "Günün menyusu"nu təqdim edir.

Kartoflu küftə

Ərzaqlar:

4-5 ədəd kartof
2 ədəd pomidor

Küftə üçün:
300 qr. qiymə
1 ədəd rəndələnmiş soğan
1 ədəd yumurta
duz, istiot, qırmızı istiot, suxarı unu, istədiyiniz qədər cəfəri

Üzəri üçün:
Holland pendiri
Tomatlı su

Hazırlanması:
Küftə üçün olan ərzaqları bir qaba töküb qarışdırın. Kiçik küftələr düzəldilib, soyuducuya qoyulur. Kartofları təmizləyib 3-4 dilimə ayırın. Duzlayıb, azca yağda qızardın. Küftələri də soyuducudan çıxarıb, qızardım, yağını çəkməsi üçün kağız salfetin üstünə düzün. Yemeyi hazırlayacağınız qaba 1 kartofu qoyub, üzərinə küftəni və 1 dilim pomidoru qoyun. Ən üstə bir dilim kartof əlavə edin. Tavaya bütün ərzaqları bu qaydada düzün. Sonda üstünə tomatlı su tökülüb, kartoflar bişənə qədər odda saxlanılır. Sonda üzərinə bir dilim holland pendiri qoyulur.  

Yoqurtlu keks

Ərzaqlar:

200 qram un
2 yumurta sarısı
100 qram şəkər tozu
35 qram limon şirəsi
50 qram ərik qurusu
10 qram jelatin
420 qram yoqurt
50 qram ərik mürəbbəsi

Hazırlanması:

Bir qab götürüb unu, yumurta sarısını, kərə yağı, şəkər və limon şirəsini qarışdırın. Çox da bərk olmayan xəmir əldə edəcəksiniz. Ərik qurusunu xırda doğrayın və xəmirə qatın. Sobaya qoyacağınız tavaya tökün. Əvvəlcədən isidilmiş sobada 20 dəqiqə bişirin. Hazır olduqda soyumaq üçün kənara qoyun. Jelatini 100 qram suya əlavə edib, şişməyini gösləyin. Sonra odda əriyənəcən isidin. Soyuduqdan sonra yoqurtu bişmiş jelatin və mürəbbə ilə qarışdırın, bişmiş xəmirin üstünə tökün. 1 neçə saat soyuducuda saxladıqdan sonra süfrəyə verin.



Börək

Ərzaqlar:
Marketdə satılan milföy xəmiri

İçərisi üçün:
Şüyüd - 2 dəstə
Pendir və ya şor - 300 qr.
Duz və istiot

Hazırlanması:
Şüyüdü xırda doğrayıb əzilmiş pendir və ya şorla qarışdırın. Duz və istiot əlavə edin. Dördkünc xəmirin arasına qoyub üçbucaq formasında bükün. Üzərinə yumurta sürtüb, sobada bişirin.