Aşıq Ədalət ağır vəziyyətdədir

Aşıq Ədalət ağır vəziyyətdədir
6812 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanın tanınmış aşığı Ədalət Nəsibovun səhhəti pisləşib.

Axşam.az-ın ölkə.az-a istinadən məlumatına görə, musiqiçinin ayaqları tutulub.

77 yaşlı aşıq özü bununla bağlı açıqlama verib:

“Səhhətim yaxşı deyil, müalicə olunuram. Dizlərim, oynaqlarım tutulub. Həmişə bu vaxt belə problemlərim olur. Yəqin ki, bir neçə günlük müalicədən sonra başım da düzələcək, ayaqlarım da. Yeriyə bilmirəm, ancaq ehtiyac olanda yeriməyə məcburam”.

Xatırladaq ki, Aşıq Ədalət 1939-cu ildə Qazaxda anadan olub.