Əməkdar artist qaydaları pozdu, bölməyə çağırıldı - video

Əməkdar artist qaydaları pozdu, bölməyə çağırıldı - video
8557 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Səlim Abbasov yol hərəkət qaydalarını pozub.

Axşam.az-ın məlumatına görə, skripka ifaçısı maşında çəkdiyi bir videonu sosial şəbəkədə paylaşıb.

Görüntüdə S.Abbasovun azyaşlı uşağı avtomobildə qabaq oturacaqda əyləşdirdiyi, təhlükəsizlik kəmərindən istifadə etmədiyi əks olunub.

Məsələ ilə bağlı “Xəzər xəbər” süjet hazırlayıb.

Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov hadisəyə münasibət bildirib:

“Təhlükəsizlik kəmərindən istifadə etməmək və azyaşlı uşağın qabaq oturacaqda əyləşməsi faktı var. Maşının hərəkət edib-etməməsi araşdırılacaq. Səlim Abbasov bölməyə dəvət olunub. Danışılıb, məsələyə aydınlıq gətiriləcək. Onun verəcəyi izzahat əsasında inzibati xəta tərkibi varsa, əməkdar artist cəzalandırılacaq”.

S.Abbasov isə avtomobili ara küçədə idarə etdiyini deyib.