Hava qeyri-sabit keçəcək - Nazirlikdən xəbərdarlıq

Hava qeyri-sabit keçəcək -  Nazirlikdən xəbərdarlıq
3505 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 24-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, Havanın temperaturunun gecə 7-9 dərəcə isti, gündüz 9-11 dərəcə isti, Bakıda gecə 7-9 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan artıq - 770 millimetr civə sütunundan 773 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Xəbərdarlıq

Oktyabrın 24-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın temperaturu gündüz saatlarında 9-11 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6 dərəcə isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8 dərəcə isti, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə sulu qara, qara keçəcəyi, duman olacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı gözlənilir. Şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 0-5 dərəcə isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 5-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9 dərəcə isti, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Səhər dağlarda duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-9 dərəcə isti, gündüz 9-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 6-9 dərəcə isti olacağı gözlənilir.