"Tramp mənə bir gecə üçün 10 min dollar təklif etdi" - porno ulduz

"Tramp mənə bir gecə üçün 10 min dollar təklif etdi" - porno ulduz
3831 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-da noyabrın 8-də baş tutacaq prezident seçkilərinə az qalmış namizədlər haqda qalmaqallar bitmir.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, respublikaçı namizəd Donald Tramp bu dəfə porno ulduz Cessika Dreykin iddiası ilə üz-üzə qalıb.

42 yaşlı ulduz mətbuat konfransı keçirərək 10 il əvvəl Kaliforniyada bir qolf turniri zamanı Trampın ona bir gecəlik 10 min dollar təklif etdiyini deyib:

"Telefon nömrəmi istədi, verdim. O axşam otağına dəvət etmişdi. Tək başına özümü yaxşı hiss etməyəcəyimi dedim. Buna görə də mənimlə iki qadın gəldi. Otağa girən kimi bizi qucaqlayıb öpməyə başladı. Yarım saatlıq söhbətdən sonra otağı tərk etdik. Qısa müddət sonra Trampın köməkçilərindən biri zəng vurub geri çağırdı. Rədd etdim.

Tramp özü də zəng vurub şam yeməyinə dəvət etdi. Növbəti zəngdə Donaldın adından danışan bir kişi mənə 10 min dollar təklif etdi. Bəhanə üçün Los-Ancelesə getməli olduğumu dedim. Tramp dəvətini qəbul etsəm, məni özəl təyyarə ilə göndərəcəyini dedi. Rədd etməli oldum".

D.Trampı təmsil edən komanda isə Dreykin iddialarını "tamamilə uydurma və gülməli" adlandırıb.

Qeyd edək ki, hadisə 10 il əvvəl baş verib. Tramp isə Melanya ilə 11 ildir ki, evlidir.