Kərim Təranə haqda: "Yaralarımı açmayın"

Kərim Təranə haqda: "Yaralarımı açmayın"
5370 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasov ikinci dəfə ata olan zaman onu təbrik edən keçmiş həyat yoldaşı Təranə Səmədovadan danışıb.

Axşam.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişinə açıqlamasında ona təşəkkürünü bildirib:

“Yalandan deyə bilmərəm ki, təbriki oxumamışam. Ona təşəkkür edirəm, Allah balasını saxlasın. O insandan heç nə gözləmirəm. Addımını atdı, bu onun sayğısından irəli gəlir. Bu haqda çox danışmaq istəmirəm, mənim də öz yaralarım var. Heç nə əvvəlki kimi ola bilməz, yaralarımı açmayın”.

Qeyd edək ki, T.Səmədova və K.Abbasov 2008-ci ildə ailə qurub, bir müddət sonra ayrılıb. K.Abbasov daha sonra Təranə adlı başqa bir xanımla evlənib.