Könül Kərimova Xoşqədəmin verilişində dava saldı - video

Könül Kərimova Xoşqədəmin verilişində dava saldı -  video
577360 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Xoşqədəm Hidayətqızının  “Xəzər” telekanalında yayımlanan “Bizə danış” verilişində gözlənilməz anlar yaşanıb.

Axşam.az-ın məlumatına görə, proqramda qızını 8 il zəncirləyərək tövlədə saxlayan ata qonaq olub.

Müğənni Könül Kərimova studiyaya daxil olaraq kişinin ünvanına təhqiramiz sözlər deyərək, ona hücum edib:

“Verilişə dəvətsiz gəlmişəm. Səhərə qədər yatmamışam. 8 il uşağını gün işığına həsrət qoyub. Niyə onu orda saxlamısan? Səni zəncirləsəydik orada dayanardın? Sizə ata demək olmaz. Desəm, atamın goru çatlayar. Dayana bilmirəm, bu insanla üz-üzə qala bilmərəm. Gecədən özümə gələ bilmirəm. Bu hadisəyə görə verilişə gəlmişəm, ölürəm, ayağım, əlim əsir. İnsanı necə bağlı saxlamaq olar? Evində çayı necə rahat içirdin?”.

Əsəblərinə hakim ola bilməyən K.Kərimovanı aparıcı X.Hidayətqızı sakitləşdirməyə çalışıb. İfaçı dayana bilmədiyini deyərək, studiyanı tərk edib.