"Guya ki, bu, fiqura üçün yaxşıdır" - millət vəkili

"Guya ki, bu, fiqura üçün yaxşıdır" - millət vəkili
3828 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bu gün ehtiyac olmadığı təqdirdə özəl klinikalarda qeysəriyyə əməliyyatı həyata keçirilir”.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev parlamentdə Avropa Parlament Forumu ilə birgə keçirilən dinləmələr zamanı deyib.
 
O qeyd edib ki, təəssüflər olsun ki, qeysəriyyə əməliyyatların sayı artıb:

“Biz araşdırdıq ki, bunu daha çox ailələr, qadınlar tələb edir. Guya ki, bu fiqura üçün, rahat doğuş üçün yaxşıdır. Amma bütün bunlar yanlışdır. Sağlamlıq üçün təbii doğuşun həyata keçirilməsini həkimlər məsləhət görməlidir”.

O eyni zamanda qız uşaqlarının doğulacağı təqdirdə onun abort edilməsinin çox yanlış olduğunu vurğulayıb:

“Bu bizim mentalitetimizə ziddir. Uşağın cinsinə görə əməliyyat aparılması cinayət məsuliyyəti yaradır”.