Məşhur caz ifaçısı Bakıda konsert verdi

Məşhur caz ifaçısı Bakıda konsert verdi
1079 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollandiyanın məşhur caz ifaçısı Debora Karter və kvinteti Bakıda konsert proqramı ilə çıxış edib.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, Beynəlxalq Muğam Mərkəzində keçirilən konsert Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşdırılıb.

D.Karter konsertdə caz nömrələri ilə müxtəlif janrların sintezini universial şəkildə təqdim edib.

Qeyd edək ki, dinamik səhnə xarakteri ilə məşhur olan D.Karter ABŞ-da dünyaya göz açsa da, Havay və Yaponiyada yaşayıb. O, müxtəlif caz festivallarında çıxış edib, ustad dərsləri keçib. Dünya mətbuatında onun sənət fəaliyyəti ilə bağlı bir sıra məqalələr dərc olunub.