Cem Yılmaz tənqidlərdən nəticə çıxardı - video

Cem Yılmaz tənqidlərdən nəticə çıxardı - video
2973 dəfə oxunub
  • A-
  • A
  • A+

Türk aktyor və komediya ustası Cem Yılmaz bir neçə gün öncə 4 yaşlı oğlu Kamal ilə evdə keçirdiyi xoş dəqiqələrin videosunu sosial mediada paylaşmışdı.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cem Yılmaz oğlu ilə onun təhsili və gələcəyi haqqında söhbət edərək məsləhət verib.

Lakin, masanın üstündə siqaret qutusunun və külünün olması sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılanmamış, uşağının qarşısında siqaret çəkməsi tənqid edilmişdi.



Bundan sonra aktyor Kamalla yeni video çəkib və edilən tənqidləri nəzərə alıb. C.Yılmaz “Babaların yükselişi” adını verdiyi videoda oğluna dərslərində kömək edir və yeni məlumatlar öyrədir.

O, bu hərəkəti ilə izləyicilərinə özünü bağışlatdırıb və hərəkəti ilə müsbət örnək olub.