Məşhur cütlük ayrıldı

Məşhur cütlük ayrıldı
2563 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir sevgili olan aktrisa Seda Güven və aktyor Onur Tuna ayrılıblar.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ikilinin artıq bir müddətdir ayrıldıqları, sadəcə bunu gizlətdikləri deyilir.

Medianın diqqətini şəxsi münasibətləri ilə çəkmək istəməyən sənətçilər İnstaqramda birgə paylaşdıqları fotoları da hələ silməyiblər.

Qeyd edək ki, O.Tuna hazırda "Cəsur ürək" serialının baş rolunda, Seda isə Ata Demirerin çəkdiyi "Olanlar oldu" filmində yer alır. S.Güven bundan əvvəl müğənni Keremcem ilə ailəli olmuşdu.