Cənub bölgəsinə qar yağır - fotolar

Cənub bölgəsinə qar yağır - fotolar
2177 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gecədən başlayaraq cənub bölgəsinin dağlıq rayonlarına qar yağır.

Axşam.az-ın "Report"a istinadən məlumatına görə, aramsız yağışlardan sonra havanın temperaturu daha da aşağı düşüb.

Dağlıq rayonlardan olan Lerikin mərkəzində 5 santimetr, yuxarı dağlıq ərazilərdə 15 sm-ə qədər, Yardımlıda mərkəzə 2-3 santimetr, yuxarı kəndlərdə 10 sm-ə qədər qar düşüb.

Digər dağətəyi yaşayış məntəqələrində sulu qar yağır.

Rayon Fövqəladə hallar üzrə komissiyalardan hər hansı bir çətinliyin yaşanmadığı, elektrik enerjisi və mavi qazın verilişində açılmaların olmadığı bildirilib.