"Xoşbəxtəm, çünki sevilirəm" - Təranənin ad günüdür

"Xoşbəxtəm, çünki sevilirəm" -  Təranənin ad günüdür
2903 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün prodüser Təranə Səmədovanın ad günüdür.

Axşam.az-ın məlumatına görə, prodüserin 32 yaşı tamam olur. Təəssüratlarını bölüşən T.Səmədova özəl hədiyyəsindən danışıb:

“İlk hədiyyəm qızım Suelin mənim üçün hazırladığı açıqca oldu. Daha sonra anam hədiyyə verdi. İnsanın doğmalarından gördüyü diqqət ən dəyərli hədiyyədir. Sevdiyim insanın təbrik mesajını artıq almışam. Hədiyyəsini bu gün təqdim edəcək. Məni o qədər yaxşı tanıyır ki, əminəm arzuladığım hədiyyəni bağışlayacaq. Xoşbəxtəm, çünki sevilirəm. Bu günü mənə bəxş edən insanın özünü də, hisslərini də sevirəm. Yaxşı ki, həyatımda var.

Böyük məclis keçirməyəcəm. Həyatımda ilk dəfədir ki, bu ad günümdə dostlarımı başıma yığmayacam”.