Ardadan gözlənilməz paylaşım: "Fahişənin..."

Ardadan gözlənilməz paylaşım: "Fahişənin..."
4082 dəfə oxunub
  • A-
  • A
  • A+

“Barselona”nın türk futbolçusu Arda Turanın İnstaqramda paylaşdığı son foto səs-küy yaradıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, yazıçı Kamal Tahirin "Fahişənin dişisi, erkəyi olmaz. Fahişəlik vərdişdir. Söz verib əməl etməmək, borcunu danmaq, birini satmaq, arxadan vurmaq, özündən zəifi əzmək, hətta qorxmaq da bəzən fahişəlikdir" sözləri yazılmış fotonu paylaşıb.

Arda əlavə olaraq "Biz bunu yaşayarkən unutmayaq" qeydini də yazıb.

Son zamanlar sevgilisi Aslıhan Doğanla küsdüyü haqda xəbərlər yayılan A.Turanın bu sözlərinin ünvanı bəlli deyil. Onun bu sözlərində Türkiyə futbol yığmasının heyətinə onu çağırmayan Fatih Terimi də nəzərdə tutması istisna edilmir.