Tatlısəs nişanında Günelə nə hədiyyə edib?

Tatlısəs nişanında Günelə nə hədiyyə edib?
16706 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün müğənni Günel Zeynalovanın Türkiyədə nişan mərasimi keçirilib.

Axşam.az AzNews.az-a istinadən xəbər verir ki, sənətçinin atası Rəhman Zeynalov nişan mərasiminə ailəyə yaxın qonaqların  dəvət olunduğunu deyib:

“Nişan mərasimi çox gözəl keçdi. Böyük bir orkestr və tanınan sənətçilər dəvət olunmuşdu. Çox adama əziyyət vermədik”.

R.Zeynalov bildirib ki, Güneli təbrik edənlər arasında Türkiyənin tanınmış sənətkarı İbrahim Tatlısəs də olub:

“Şəxsən özü telefonla Güneli təbrik etdi. İbrahim Tatlısəs İzmirdə olduğu üçün oğlu Əhməd Tatlısəs məclisdə iştirak edirdi. Amma toyda İbrahim Tatlısəs Günelin yanında olacaq. Günelə çox hədiyyələr gəlmişdi. İbrahim Tatlısəs də Günelə qızıl göndərmişdi”.

R.Zeynalov Günelin toyunun məhərrəmlik ayından sonra baş tutacağını dedi:

“Toya bütün sənət adamlarını dəvət edəcəyik”.