Eldəniz Nisə Qasımovadan üzr istədi

Eldəniz Nisə Qasımovadan üzr istədi
1779 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Eldəniz Məmmədov xalq artisti Nisə Qasımova ilə aralarında yaşanan qalmaqala aydınlıq gətirib.

Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, anlaşılmazlıq olub. E.Məmmədov N.Qasımovaya böyük hörməti və sevgisi olduğunu söyləyib:

“Məclislərdə o qədər adam olur ki... Kimisə görməyə bilərsən. Axı biz də insanıq, fikirli ola bilərik. Nisə xanımı görüb, salamlaşmamaq həyatı boyu ola bilməz. Çünki mən o sənətkarı çox sevirəm, dəfələrlə verilişində olmuşam, hər zaman hörmətlə görüşmüşük. Əgər biz Nisə xanımı görməmişiksə, üzr istəyirəm. İndiyədək heç kim mənim kiməsə hörmətsizlik etdiyimi deyə bilməz”.

Qeyd edək ki, N.Qasımova Eldəniz Məmmədov və Zenfira İbrahimovanın məclisdə onu görüb, "salam" verməmələrini deyərək, gileylənib.