Samirədən ad günü olan ərinə təbrik

Samirədən ad günü olan ərinə təbrik
4752 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Samirə Rəhimova psixoloq həyat yoldaşı Kənan Rəhimovu ad günü münasibətiylə təbrik edib.

Axşam.az-ın məlumatına görə, aparıcı bunları yazıb:

“Bu gün ən gözəl günlərdən biridir. Məhz bu gün – 26 oktyabr, 1977-ci ildə möhtəşəm oğlan dünyaya gəlib, ailənin xoşbəxtliyi olub. Bu uşaqla hər kəs fəxr edib, o indi güclü insan olaraq, qayğısı və diqqəti ilə ətrafındakılara uğur gətirir. Həkim olaraq iş həyatında sadiq dost, ustad, məşqçidir. Ailədə isə - sevimli övlad, qardaş, həyat yoldaşı və möhtəşəm atadır. Oğlun adından deyirəm, sən bizim dünyamızsan. Dəyərli varlıq, ad günün mübarək”.

Qeyd edək ki, Samirə və Kənan cütlüyünün bir oğlan övladı var.