Məşhur şouda bu da oldu - video

Məşhur şouda bu da oldu - video
6086 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin "Kim milyonçu olmaq istəyir?" yarışmasında maraqlı hadisə baş verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, proqramda yarışan Figen Bayar "Dilemma nədir" sualı üçün "Dosta zəng"dən istifadə edib.

Tələbə dostu Şükrü Durana zəng vuran qız sualı oxuduqdan sonra qarşı tərəf bir qədər susub və az sonra sualı cavablandıraraq, "Əminəm" deyib. Onun gözləyib sonra əmin cavab verməsi internetdən istifadə etdiyini üzə çıxarıb.

Aparıcı Səlcuq Yöntem də "Şükrü qaldı, birdən doğru cavabı verdi" deyərək söz atıb.

Qeyd edək ki, dünyanın ən məşhur şousunda belə halların olması istisna edilməsə də, bunu indiyə qədər heç kim bəlli etməmişdi.