Məşhur "Əfqan qızı" həbs olundu - fotolar

Məşhur "Əfqan qızı" həbs olundu - fotolar
7522 dəfə oxunub
  • A-
  • A
  • A+

12 yaşında "National Geographic" jurnalının üz qabığına çıxan məşhur "Əfqan qızı" həbs olunub.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Şərbət Gula saxta pasportdan istifadə etdiyi üçün Əfqanıstan sərhədində yerləşən Peşavar şəhərində saxlanılıb. Gulaya saxta pasport verən üç pakistanlı vətəndaş isə hələ də axtarışdadır.

Hazırda 44 yaşı olan "Əfqan qızı"nı 7 ildən 14 ilə kimi həbs gözləyir. O, həmçinin 3-5 min dollar cərimələnəcək.

Qeyd edək ki, 1984-cü ildə Stiv MakQurri tərəfindən fotosu çəkildikdən sonra dünyada tanınan Gula SSRİ və Əfqanıstan arasında müharibə zamanı yetim qalıb.

Uzun illər axtarılsa da, kimliyi bəlli olmayan qız 2002-ci ildə tapılıb. Aralarında S.MakQurrinin də olduğu "National Geographic" heyəti Əfqanıstana gedərək Gula ilə görüşə bilirlər. Onun illər sonrakı halı yenidən jurnalın üz qabığına çıxmışdı.