Şəbnəm kəbin kağızını göstərdi - foto

Şəbnəm kəbin kağızını göstərdi -  foto
4897 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Şəbnəm Əsədova şəxsi həyatı ilə bağlı yayılan söz-söhbətlərə son qoyub.

Axşam.az-ın məlumatına görə, sənətçi “Həyat tərzi” verilişində ailəli insanla münasibətdə olması məsələsinə aydınlıq gətirib. Kəbin kağızını nümayiş etdirən Şəbnəm bildirib ki, böyüklərin razılığı ilə kəbin kəsdirib:

“Deyirlər, Şəbnəm ailə dağıdır. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Bu insan sosial şəbəkəni, gündəmi sevmir. Mənim uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir.

Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insan da boşanıb. O, uşaqlarını atmayıb, onlara baxır. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə kiçik qonaqlıq etmişik".