Fuad Poladov "Azdrama"dan getdi - qalmaqal

Fuad Poladov "Azdrama"dan getdi - qalmaqal
7215 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Fuad Poladov Dövlət Akademik Milli Dram Teatrından istefa ərizəsi yazıb.

Axşam.az-ın kulis.az-a istinadən məlumatına görə, onun ərizəsinə hələ baxılmayıb. Lakin xalq artistinin israrlı olduğu bildirilir. Buna səbəb kimi teatrda son dövrlərdə yaranmış vəziyyət və aktyor Hikmət Rəhimovun istefası göstərilir.
 
Məsələ ilə bağlı “Azdrama”dan çıxarılan aktyor Hikmət Rəhimov da öz Facebook səhifəsində yazıb:
 
“Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”.
 
Akademik Milli Dram Teatrından isə Fuad Poladovun teatrdan istefa vermədiyini bildiriblər: 

"Oktyabrın 28-də Fuad müəllimin rol aldığı "Müsyo İbrahim və Quran çiçəyi" tamaşası nümayiş olunacaq. Bu ay ərzində isə "Şah Qacar" tamaşasında çıxış edib".

***

Fuad Poladov publika.az saytına açıqlamasında isə bunları bildirib:

"Hikmətin yazdıqlarından xəbərim yox idi, çox təsirləndim. O, çox istedadlı və potensialı olan aktyordur. Hər bir teatr üçün fəxr olardı ki, Hikmət kimi bir istedadlı aktyorla çalışsın. Hər bir teatrın bəzəyi ola bilən belə bir aktyora qarşı atılan addım təəssüf və təəccüb doğurur. Mənim ona həmişə hörmət hissim olub və istedadına dəyər vermişəm. Fikirlərinə də hörmətlə yanaşıram”.