İtalyan tenor “Sevgili canan” oxudu

İtalyan tenor “Sevgili canan” oxudu
1778 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 26-da “ADA” Universitetinin Tələbə Mərkəzində İtalyan və Azərbaycan klassik musiqi əsərlərindən ibarət konsert proqramı təqdim edilib.

Axşam.az xəbər verir ki, konsertdə İtalyan tenorları - Luici Çerubini Konservatoriyasının prorektoru, professor Leonardo De Lisi, konservatoriyanın tələbəsi Cuzeppe Sturace, instrumental ifaçılar Pyer Luici Rugiyero və Darya Neçayeva çıxış ediblər.

Həmçinin, BMA-nın professorları Yeganə Axundova və Zəhra Quliyevanın ifasında məşhur klassik bəstəkarlar, o cümlədən Paolo Tosti, Bela Bartok, Frans List, Üzeyir Hacıbəyli, Qara Qarayev, Cövdət Hacıyev, Sevda İbrahimovanın əsərləri səsləndirilib.

Tenor Leonardo De Lisi Üzeyir Hacıbəylinin “Sevgili canan” ariyası ifa edib.