“WhatsApp”da videozəng dövrü başlayır

“WhatsApp”da videozəng dövrü başlayır
19708 dəfə oxunub
  • A-
  • A
  • A+

“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri tədricən “Android” platforması ilə işləyən qurğularda videozəng funksiyasını aktivləşdirir.

Axşam.az ICTnews-a istinadən xəbər verir ki, artıq “WhatsApp” messencerinin ən son beta versiyasında (2.16.318) kamera vasitəsilə ünsiyyət saxlamaq olar, amma internetdən “APK” faylını yükləmək lazımdır.

Yaxın günlərdə videozəng funksiyasının geniş kütlə üçün əlçatan ediləcəyi gözlənilir.

Danışıq zamanı səsi alaraq smartfonun arxa və ön kameraları arasında keçid etmək olar.