60 yaşlı aktyor 9-cu dəfə ata olacaq

60 yaşlı aktyor 9-cu dəfə ata olacaq
3436 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı aktyor Mel Qibson 9-cu dəfə ata olmağa hazırlaşır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 60 yaşlı aktyorun 26 yaşlı sevgilisi Rozalind Rossdan övladı dünyaya gələcək.

Hazırda 8 övladı olan Qibsonun ən böyük oğlunun 36 yaşı var.

Qeyd edək ki, aktyor daha öncə 2 dəfə ailə qurub. Onun 1981-2009-cu illərdə evli olduğu Robin Denis Murdan 6 oğlu və 1 qızı, rus musiqiçi Oksana Qriqoryeva ilə evliliyindən isə 1 qızı var.