İki ildir boşanacaqları barədə xəbərlər yayılan Yılmaz Erdoğan-Belçin Bilgin cütlüyü "Ekşi elmalar" filminin qala gecəsindən sonra keçirilən partiyə əl-ələ gəliblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Kördüğüm" serialından ayrılaraq Londona köçdüyü deyilən aktrisa açıqlama verib:
"Köçməmişəm, amma işlərimə görə və oğlum Rodinin təhsili üçün tez-tez ora gedirəm".
Jurnalstlər Rodini də sual atəşinə tutublr. O, "Qardaş istəyirsən" sualına belə cavab verib:
"Qardaşımın olmasını istəyirəm. Adı Kərim olacaq".
Aktrisa özünü itirərək "Bunu deyəcəyini gözləmirdim" deyib. O, hamiləlik barədə sualları isə inkar etməyərək gülümsəyib.