Engin Akyürek və Fahriye Evcen eyni serialda ola bilər

Engin Akyürek və Fahriye Evcen eyni serialda ola bilər
2216 dəfə oxunub
  • A-
  • A
  • A+
Tuba Büyüküstünlə baş rollarını paylaşdığı "Kara Para Aşk" serialından sonra ekranlardan uzaq qalan Engin Akyürek yeni serialla qayıdır.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Esaretin bedeli" adlı serialda həkim obrazında çəkilməyə hazırlaşan aktyora tərəf müqabili axtarılır.

Serialın prodüseri Timur Savcı ilk təklifi Serenay Sarıkayaya edib. Aktrisa 5 seriyanın ssenarisini oxuduqdan sonra rolu qəbul etməyib. Bundan sonrakı təklif isə Fahriye Evcenə edilib.

Murad Yıldırımla "Sonsuz aşk" filminin çəkilişlərini yeni tamamlayan aktrisa qarşıdakı günlərdə bu barədə son qərarını verəcək.